Ötən il Azərbaycanda sosialyönlü xərclərə aid olan əməyin ödənişi üzrə xərclərə 6 196,7 milyon manat (2019-cu illə müqayisədə 1199,6 milyon manat və yaxud 24 % çox), sosial ödənişlər üzrə xərclərə 3 060,4 milyon manat (2019-cu illə müqayisədə 906,8 milyon manat və yaxud 42,1 % çox), dərman, sarğı ləvazimatları və materiallarının alınması üzrə xərclərə 83,9 milyon manat, ərzaq məhsullarının alınması üzrə xərclərə isə 313,2 milyon manat vəsait yönəldilib.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində bildirilib.
Sənəddə həmçinin vurğulanıb ki, məcmu olaraq həmin xərclər büdcə xərclərinin 36,5 %-ni və yaxud 9 654,2 milyon manatını təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 1 892,9 milyon manat və yaxud 24,4 % çoxdur.
Son 5 ildə (2016-2020-ci illər) sosialyönlü xərclərin dövlət büdcəsinin xərclərində xüsusi çəkisi 1,4 %-bənd, natural ifadədə isə 3417,1 milyon manat və ya 1,6 dəfə artıb.