Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollegiya iclası keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollegiya iclası keçirilib Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollegiya iclası keçirilib.
Sosial müdafiə
8 İyul , 2022 12:37
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollegiya iclası keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollegiya iclası keçirilib.

“Report”un xəbərinə görə, Dövlət Komitəsinin sədri Bahar Muradova əvvəlcə qurumun 2022-ci ilin birinci yarımili üzrə hesabatı barədə geniş məlumat verib.

O bildirib ki, 2022-ci ilin birinci yarımilində Komitə tərəfindən 5 qanun layihəsi üzrə rəy və təkliflər verilib:

“Bunlar qəbul ediləcəyi təqdirdə Komitənin işinə müsbət təsirini göstərəcək”.

B.Muradova Azərbaycanda Ailə Strategiyasının hazırlanması istiqamətində işlərin görüldüyünü qeyd edib:

“Biz Ailə Strategiyasının hazırlanması prosesinə qədəm qoymuşuq. Həmçinin, uşaq hüquqlarının qorunması ilə bağlı da gərgin iş görülüb. Görülən işlər nəticəsində 4 erkən nigahın qarşısı alınıb”.

Komitə sədri qeyd edib ki, könüllülük və tələbə təcrübə proqramına da töhfələri verilir:

“Onlara 3 ay ərzində 7 təlim keçirilib. Bu müddət ərzində 21 QHT ilə 31 tədbir keçirilib. Hesabat dövrü ərzində KİV tərəfindən Komitəyə daxil olan 180 müraciət yerindəcə araşdırılıb. Beynəlxalq fəaliyyət sahəsində də üzərimizə düşən vəzifələri yerinə yetirməyə çalışmışıq”.

B.Muradova bu ilin ikinci yarısında görüləcək işlərdən də danışıb:

“Gələn 6 aylıq dövr ərzində Komitənin fəaliyyət istiqamətləri genişləndiriləcək. Müharibənin nəticələrindən əziyyət çəkən həssas qruplarla işlər davam etdiriləcək. Müvafiq sahədə maarifləndirici tədbirlər artırılacaq”.

Sonra çıxış edən Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Sahib Məmmədov bildirib ki, qurum son illərdə fəaliyyətini genişləndirib.

“Aliment Fondunun yaradılması ilə bağlı cəmiyyətdə müzakirə gedir. Bu istiqamətdə irəliləmək vaxtı gəlib çatıb. Aliment məsələsi çətin işlərdən biridir”, - o, əlavə edib.

İclasın sonunda gündəlikdə duran məsələlərlə bağlı qərar layihələri qəbul edilib.

Son xəbərlər

Orphus sistemi