Fransa Rumıniyanın müraciəti ilə Qara dəniz üzərində kəşfiyyat uçuşları həyata keçirəcək

Digər ölkələr
  • 28 oktyabr, 2026
  • 02:03
Fransa Rumıniyanın müraciəti ilə Qara dəniz üzərində kəşfiyyat uçuşları həyata keçirəcək

Fransa Rumıniyanın müraciəti əsasında Qara dənizin qərb hissəsində müşahidə aparmaq və kritik infrastrukturu qorumaq məqsədilə "Atlantique 2" dəniz kəşfiyyat təyyarəsini göndərib.

"Report" xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Fransa Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarə ölkənin cənub-şərqində yerləşən Mixail Koqelniçanu adına 57-ci aviabazada yerləşdirilib.

Kəşfiyyat uçuşları oktyabrın 18-dən noyabrın 6-dək planlaşdırılıb. Missiya çərçivəsində təyyarə Qara dənizin qərb hissəsində müşahidə və kəşfiyyat fəaliyyəti həyata keçirəcək.

"Fransa Hərbi Dəniz Qüvvələrinin kəşfiyyat təyyarəsinin uçuşlarının məqsədi gəmiçiliyə təhdidləri müəyyənləşdirmək və Rumıniyanın müstəsna iqtisadi zonasında kritik infrastrukturun mühafizəsini gücləndirməkdir", – məlumatda qeyd olunub.

Rumıniya Müdafiə Nazirliyindən bildirilib ki, uçuşlar "Vitse-admiral İoan Georgesku" hərbi-dəniz bölməsinin komandanlığının dəstəyi və Dəniz Xilasetməsinin Koordinasiya Mərkəzi ilə qarşılıqlı əlaqə şəraitində planlaşdırılır və əlaqələndirilir.