Yuxarı

“SOCAR Polymer”in Polipropilen Zavodunun tikintisi 93% tamamlanıb

“SOCAR Polymer”in Polipropilen Zavodunun tikintisi 93% tamamlanıb

Bakı. 5 yanvar. REPORT.AZ/ "SOCAR Polymer" şirkətinin Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunan Polipropilen (PP) Zavodu üzrə tikinti işlərinin 93,1%-i, Yüksək sıxlıqlı Polietilen (YSPE) Zavodu üzrə isə tikinti işlərinin 71,2%-i yekunlaşıb.

“Report” bu barədə şirkətə istinadən xəbər verir.

İldə 180 min ton polipropilen istehsal edəcək qurğu üzrə ötən il dekabr ayının sonuna olan məlumata əsasən, ümumilikdə, işlər 96,7% icra olunub. Polipropilen istehsalı qurğusu üzrə detallı mühəndislik işləri 99,9%, satınalma 100%, tikinti işləri isə 93,1% yerinə yetirilib.

İllik 120 min ton istehsal gücünə malik yüksək sıxlıqlı polietilen qurğusu üzrə işlərin 86,8%-i icra olunub. Qurğunun detallı mühəndislik işləri 99,8%, satınalma işləri 99,8%, tikinti işləri isə 71,2% tamamlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi