Bu gün Yevlaxın bir sıra ərazilərində işıq kəsiləcək

Energetika
  • 14 oktyabr, 2026
  • 03:43
Bu gün Yevlaxın bir sıra ərazilərində işıq kəsiləcək

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 14-də Yevlax Elektrik Şəbəkəsində (EŞ) 10 kV-luq "Quşçuluq" və 35 kV-luq "Xanabad" hava xətlərində təmir işləri aparılacaq.

"Report" xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

İşlərlə əlaqədar saat 10:00-dan 14:00-dək rayonun Kövər kəndinin bir hissəsində və Yevlax-Bərdə şosesinin kənarında yerləşən bəzi yaşayış massivlərində, saat 10:00-dan 12:00-dək Aşağı Bucaq, Xanabad, Qaraoğlan, Qəribli, Quşçu, Meyvəli, Yuxarı Bucaq kəndlərinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.