Rubio 17-22 oktyabrda Özbəkistan və Hindistana səfər edəcək

Digər ölkələr
  • 14 oktyabr, 2026
  • 06:23
Rubio 17-22 oktyabrda Özbəkistan və Hindistana səfər edəcək

ABŞ dövlət katibi Marko Rubio 17-22 oktyabrda Özbəkistan və Hindistana səfər edəcək, bir sıra ikitərəfli və çoxtərəfli görüşlər keçirəcək.

"Report"un məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin 13 oktyabrda yaydığı bəyanatda bildirilir.

Rubio Səmərqənddə ABŞ və beş Orta Asiya dövləti - Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistanı bir araya gətirən xarici işlər nazirlərinin C5+1 formatlı görüşündə iştirak edəcək.

İştirakçılar ABŞ və Orta Asiya ölkələrində sülhün möhkəmləndirilməsinə və rifahın təmin olunmasına yönəlmiş strateji əməkdaşlığın inkişafını müzakirə edəcəklər.

Dövlət katibi həmçinin regional dövlətlərin nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək. Bundan əlavə, ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə etmək üçün Özbəkistana Amerikanın 200-dən çox iri şirkətinin nümayəndəsi gələcək.

Rubio Hindistana səfəri çərçivəsində Mumbay və Camnagar şəhərlərinə səfər edəcək. O, Hindistan rəsmiləri ilə strateji tərəfdaşlığın gücləndirilməsi, regional və beynəlxalq gündəmlər və enerji sektorunda əməkdaşlığın genişləndirilməsi ilə bağlı danışıqlar aparacaq.

Həmçinin ticarət və iqtisadi əməkdaşlıq üçün yeni imkanları müzakirə etmək məqsədilə biznes nümayəndələri ilə görüşlər planlaşdırılır.