İslam İnkişaf Bankının ölkədəki sənaye zonalarında həyata keçirilən layihələrə cəlb edilməsi, birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.
Bu barədə "Report"a İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) bildirilib.
Məlumata görə, İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casirinin rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında olub. İZİA-nın İdarə Heyətinin sədri Elşad Nuriyev qonaqlara ölkəmizdə mövcud sənaye zonaları və aqroparklar, burada həyata keçirilən investisiya layihələri barədə məlumat verib, sənaye zonaları və aqroparkların təqdimatı nümayiş etdirilib.
Nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkının rezidentləri “Azertexnolayn” MMC-nin Polad boru, “STP” MMC-nin Kabel zavodlarında gedən istehsal prosesi ilə tanış olub.