Ötən ay TƏBİB-in Çağrı Mərkəzinə 12 minə qədər zəng daxil olub

Sağlamlıq
  • 11 dekabr, 2025
  • 11:05
Ötən ay TƏBİB-in Çağrı Mərkəzinə 12 minə qədər zəng daxil olub

2025-ci ilin noyabr ayı ərzində TƏBİB-in "815" Çağrı Mərkəzinə ümumilikdə 11 min 672 zəng daxil olub.

"Report" xəbər verir ki, bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova Xəzər Tibb Mərkəzinə mediatur zamanı deyib.

Onun sözlərinə görə, müraciətlərdən 11 min 508-i dərhal cavablandırılıb, 164 müraciət isə Çağrı xidməti şöbəsi tərəfindən araşdırılması üçün qəbul edilib:

"68 müraciətlə bağlı vətəndaşlara müvafiq izahatlar verilib. Digər 48 müraciətlə bağlı məsələ həll edilib, 48 müraciət isə elektron sənəd dövriyyəsi üzərindən rəsmiləşdirilərək aidiyyəti üzrə yönləndirilib".

Z.Ədilova bildirib ki, daxil olan müraciətlərin mövzusu, əsasən, müayinə və müalicənin təşkili, əlillik məsələləri, dərman təminatı, tibbi heyət və tibbi xidmətdən şikayət, kadr məsələləri, tibbi arayış və sənədlərin verilməsi ilə bağlı olub.

Son xəbərlər

Bütün Xəbər Lenti