İnfeksionist: "Vaksin olunanların sayı artdıqca normal həyata dönüş sürətlənəcək"

İnfeksionist: "Vaksin olunanların sayı artdıqca normal həyata dönüş sürətlənəcək" “Azərbaycanda hazırda koronavirus əleyhinə vaksinasiya prosesi əvvəlki vaxtlara nisbətdə xeyli aktivləşib”.
Sağlamlıq
23 İyun , 2021 17:30
İnfeksionist: Vaksin olunanların sayı artdıqca normal həyata dönüş sürətlənəcək

“Hazırda Azərbaycanda koronavirus əleyhinə vaksinasiya prosesi əvvəlki vaxtlara nisbətdə xeyli aktivləşib”.

Bunu “Report”a açıqlamasında həkim-infeksionist Ləman Qalimova deyib.

O qeyd edib ki, əvvəllər sosial şəbəkələrdə yayılan əsassız məlumatlara görə vətəndaşlarda peyvəndləmə prosesinə inam daha az idi: “Həmin dövrdə COVID-19-a yoluxanlar və bu xəstəlikdən ölənlərin sayı çox idi. İnsanlar zaman keçdikcə vaksinasiyanın əhəmiyyətini dərk edir və bu səbəbdən əksəriyyət peyvənd vurdurmaq istəyir”.

L.Qalimova həmçinin xatırladıb ki, artıq ölkədə əhalinin 20 %-ə yaxını vaksinasiyadan keçib: “Hazırda ölkəmizdə peyvənd olunanların sayı günü-gündən artır. Ümumi vurulan vaksinlərin sayı 3 milyonu keçib. Sanitar-epidemioloji vəziyyət də nəzarət altındadır. Belə ki, COVID-19-a yoluxanların sayı 100-dən aşağıdır, ölüm halları dəfələrlə azalıb, hətta bəzi günlərdə qeydə alınmır. Bu, çox sevindirici haldır”.

Ləman Qalimova
Ləman Qalimova

Mütəxəssis bildirib ki, peyvənd olunmaq həm COVID-19-u tez bitirəcək, həm də yoluxma olsa belə, xəstəliyi yüngül keçirməyə kömək edəcək: “Ən əsası da vaksinasiya olunanların sayı artdıqca normal həyata geri dönüş sürətlənəcək. Qarşıdan payız fəslinin gəldiyini nəzərə alsaq, vətəndaşlar daha fəal vaksinasiya olunmalı, özlərini qorumalı, sanitar-epidemioloji qaydalara əməl etməlidirlər. Əks-təqdirdə virus yenidən yayılacaq, yenidən məhdudiyyətlərin tətbiq olunması məcburiyyəti yaranacaq”.

Son xəbərlər

Orphus sistemi