Səhiyyə Nazirliyi: "Omikronun yeni ştamı Azərbaycanda aşkarlanmayıb"

Səhiyyə Nazirliyi: "Omikronun yeni ştamı Azərbaycanda aşkarlanmayıb" - Təyyar müəllim, bildiyiniz kimi, dünyanın təxminən 30 ölkəsində koronavirusun yeni ştamı "Omicron XBB.1.5" yayılıb…
Sağlamlıq
9 Yanvar , 2023 12:43
Səhiyyə Nazirliyi: Omikronun yeni ştamı Azərbaycanda aşkarlanmayıb

“Hazırda Omikron XBB. 1.5 ştamının Azərbaycanda yayılmasının təsdiqi yoxdur”.

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, bu virus variantı əksərən yüngül, fəsadsız xəstələnmə halları törətsə də, koronavirusa qarşı immuniteti olmayan və ya müxtəlif səbəblərdən zəifləmiş immunitetə malik, o cümlədən ağır xroniki xəstəlikləri olan və yaşlı insanlara ehtiyatlı olmalarını tövsiyə edirik: "Ona görə də əhaliyə, xüsusən də risk qrupuna aid edilən şəxslərə sayıqlığı əldən verməmək, sıx təmasları mümkün qədər azaltmaq və vaksinasiyanı tamamlamaq tövsiyə olunur".

T.Eyvazov bildirib ki, son 3 ildə infeksiyadan qorunmaq üçün əhali arasında “koronavirus davranışı”, yəni təmasların sayının məhdudlaşdırılması, qapalı məkanlarda, ictimai nəqliyyatda maskanın geyilməsi, əl və respirator gigiyena qaydalarına əməl olunması, otaqların tez-tez havalandırılması, düzgün qidalanma və sağlam həyat tərzi vərdişləri formalaşıb: ”Risk qrupuna daxil olan şəxslərin qripə qarşı peyvənd olunması israrla tövsiyə olunur. Bunun üçün ərazi üzrə klinikaya müraciət etməlisiniz”.

Son xəbərlər

Orphus sistemi