Hande Harmancı “Delta” ştammı ilə bağlı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib

Hande Harmancı “Delta” ştammı ilə bağlı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı payız mövsümü ilə əlaqəli koronavirus infeksiyasından qorunmaq üçün Azərbaycan vətəndaşlarına müraciət edib.
Sağlamlıq
2 İyul , 2021 11:53
Hande Harmancı “Delta” ştammı ilə bağlı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib
Hande Harmancı

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı payız mövsümündə koronavirus infeksiyasından qorunmaq üçün Azərbaycan vətəndaşlarına müraciət edib.

Report”un məlumatına görə, o, bəzi yumşalda tədbirlərinə arxayanlaşmamağın vacibliyinə toxunub.

ÜST rəsmisi qeyd edib ki, qarşıdan payız mövsümü gəlir və havaların soyumasını nəzərə almaq lazımdır: “Eyni zamanda bu gün bütün dünyada “Delta” ştammı sürətlə yayılmaqda davam edir. Ona görə də səhhətimizə ciddi fikir verməliyik. Özümüzü qorumağa davam etməli, peyvəndlənməyə qoşulmalıyıq. Bilməliyik ki, COVID-19 əleyhinə vaksinasiya ən effektli üsuldur. Ən əsası da vurulan peyvəndlər təhlükəsizdir. Bunu hər kəs bir-birinə söyləməlidir”.

Son xəbərlər

Orphus sistemi