Evdə karantinə alınan şəxslərə qulluq qaydaları

Evdə karantinə alınan şəxslərə qulluq qaydaları Koronavirus şübhəsi ilə evdə karantinə alınan şəxslərə qulluq qaydaları açıqlanıb.
Sağlamlıq
6 Aprel , 2020 15:24
Evdə karantinə alınan şəxslərə qulluq qaydaları

Koronavirus şübhəsi ilə evdə karantinə alınan şəxslərə qulluq qaydaları açıqlanıb. 

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyindən "Report"a verilən məlumata görə, evin bütün üzvləri üçün əllər müntəzəm olaraq su və sabunla, xüsusilə öskürdükdən və ya asqırdıqdan sonra, yemək hazırlamadan öncə, hazırlayarkən və sonra, yeməzdən əvvəl, tualetdən istifadə etdikdən sonra, şübhəli şəxsə qulluq etdikdən sonra və əgər əllər görünən qədər çirklidirsə yuyulmalıdır. 

Şübhəli şəxslə gərəksiz təmasda olmamaq və mətbəx ləvazimatları, boşqab, fincan və dəsmal kimi şəxsi əşyalar birgə istifadə edilməməlidir. 

Öskürərkən və ya asqırarkən ağız və burnunuzu dirsək büküyü bağlanılmalı və ya birdəfəlik salfetdən istifadə edilməli, istifadədən sonra dərhal atılmalıdır. 

Evdə hər kəsin hərarət, öskürək kimi əlamətlərini müşahidə etməli, tənəffüs çətinliyi yaranarsa, dərhal Təcili Tibbi Yardıma zəng edilməlidir.

Son xəbərlər

Orphus sistemi