Əməliyyat otağında qaydaları pozan cərrah mama-ginekoloq və tibb işçiləri cərimələnib

Əməliyyat otağında qaydaları pozan cərrah mama-ginekoloq və tibb işçiləri cərimələnib Əməliyyat zamanı doğum günü münasibətilə tibb işçilərinin sürpriz etdiyi cərrah mama-ginekoloq Ləman Əliyeva 500 manat məbləğində cərimələnib.
Sağlamlıq
10 Yanvar , 2025 16:42
Əməliyyat otağında qaydaları pozan cərrah mama-ginekoloq və tibb işçiləri cərimələnib

Əməliyyat otağında doğum günü münasibətilə tibb işçilərinin sürpriz etdiyi cərrah mama-ginekoloq Ləman Əliyeva 500 manat məbləğində cərimələnib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin tapşırığı əsasında Analitik Ekspertiza Mərkəzindən bildirilib.

Qeyd olunub ki, faktın ətraflı araşdırılması məqsədi ilə Mərkəz “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna müvafiq olaraq ötən gün hadisə baş verən özəl tibb müəssisəsində plandankənar yoxlama keçirib.

Keçirilən xidməti yoxlama zamanı inzibati xətanın törədilməsi faktı aşkarlanıb və bununla əlaqədar işçi heyətin 4 məsul üzvünə inzibati xəta məcəlləsinin 215.3 maddəsi ilə İxtisaslaşdırılmış tibbi yardımın “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda nəzərdə tutulan qaydada göstərilməməsinə görə 500 manat məbləğində cərimə nəzərdə tutulmaqla inzibati xəta haqqında protokollar tərtib edilərək aidiyyəti üzrə Səhiyyə Nazirliyinə növbəti icraata göndərilib.

Məlumatda o da bildirilib ki, nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda müvafiq qanunvericilkdə nəzərdə tutulan qaydada inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür, təkrar aşkar edildikdə əlavə tədbirlər həyata keçirilir. Xüsusi ağır hallarda, həmçinin ölüm faktları zamanı isə bu məsələ məhkəmə-tibbi ekspertizası və hüquq-mühafizə orqanlarının səlahiyyətinə keçir.

Son xəbərlər

Orphus sistemi