“Yeyinti məhsulları haqqında” qanunun 7-ci maddəsinə əsasən, ötən gün qida məhsulları sahəsində fəaliyyət göstərən 30 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
"Report" xəbər verir ki, həmin tarixdə 6 sahibkarlıq subyektində aparılan təftiş və ekspertiza nəticəsində həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:
S/S |
Subyektin adı |
Fəaliyyət istiqaməti |
İmtina səbəbi |
1 |
ADİL MÜSLÜMOV SADAY OĞLU |
İstehsal |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil |
2 |
ELMAR-94 MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ |
İlkin istehsal |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil |
3 |
QULU MƏMMƏDQULİYEV ƏHLİMAN OĞLU |
İstehsal |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil |
4 |
AYAZ ALLAHVERDİYEV ALLAHVERDİ OĞLU |
Pərakəndə satış |
Sahibkar tərəfindən dövlət rüsumu ödənilməmişdir |
5 |
ANAR İSMAYILOV İSMAYIL OĞLU |
Topdan satış |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil |
6 |
LƏTİF LƏTİFOV QİNYƏT OĞLU |
Qablaşdırma |
Sahibkar hal-hazırda fəaliyyət göstərmir |
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.