Türkiyənin keçmiş Baş Qərargah rəisi, general İsmail Hakkı Karadayı vəfat edib.
“Report” Türkiyə KİV-nə istinadən xəbər verir ki, general İsmail Hakkı Karadayı bu gün müalicə olunduğu xəstəxanada 88 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, İ.H.Karadayı bir müddət əvvəl yüksək hərarət və infeksiya səbəbilə xəstəxanaya yerləşdirilmişdi.
Məlumata görə, xərçəng diaqnozu qoyulan İ.H.Karadayı bir çox əməliyyatlar keçirib.
Xatırladaq ki, İsmail Hakkı Karadayı Türkiyənin 22-ci Baş Qərargah rəisi olub. O, 1994-cü ilin avqust ayından 1998-ci ilin eyni ayınadək bu vəzifəni icra edib.
General 2013-cü ildə 28 fevral çevrilişi ilə əlaqədar saxlanılmışdı, 2018-ci ildə isə məhkəmə qarşına çıxarılan İ.H.Karadayıya ömürlük həbs cəzası verilmişdi. Lakin yaşı və səhhəti əsas göstərilərək sərbəst buraxılmışdı.