Moskvanın mərkəzində Kseniya Sobçaka hücum olub

Moskvanın mərkəzində Kseniya Sobçaka hücum olub Bir nəfər prezidentliyə namizədin üzünə su ataraq onu itələyib
Region
4 Mart , 2018 18:34
Moskvanın mərkəzində Kseniya Sobçaka hücum olub

Bakı. 4 mart. REPORT.AZ/ Moskva şəhərinin mərkəzində Rusiya prezidentliyinə namizəd Kseniya Sobçaka hücum olub.

“Report” xəbər verir ki, bu barədə Seçkiqabağı qərargahın mətbuat xidmətinə istinadən RİA "Novosti" məlumat yayıb.

Bildirilir ki, deputat Aleksey Şapoşnikovun şəxsi köməkçisi Alan Dzutsyev Mixail Qorbaçovun ad gününə həsr olunmuş tədbirin keçirildiyi Petrovski Yol Sarayının çıxışında Kseniya Sobçaka hücum edib. O, "Bu, Jirinovskiyə görədir" qışqıraraq Sobçakın üzünə su atıb və onu itələyib. Nəticədə prezidentliyə namizəd yerə yıxılıb. Sobçakın mühafizəçiləri xuliqanı tutublar. Əraziyə polis cəlb olunub.

Fevralın 28-də televiziyada seçkiqabağı debatlar zamanı "Vətəndaş təşəbbüsü" Partiyasından namizədliyi irəli sürülən Kseniya Sobçak Rusiya Liberal Demokrat Partiyasından namizəd Vladimir Jirinovskinin üzünə su atıb.

Son xəbərlər

Orphus sistemi