Ukrayna Rusiyanı İkinci Sülh Sammitinə çağırmağa hazırdır, lakin Moskva “sülh formulu”nu və sammitin keçirilməsini ləğv etmək üçün əlindən gələni edəcək.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Kyodo News”a
“Rusiya “sülh formulu”nun və Sülh Sammitinin həyata keçirilməsinin qarşısını almaq üçün hər şeyi edəcək, müxtəlif tərəflərdən və ölkələrdən çoxlu təkliflər olacaq. Və onlar indi bununla məşğuldurlar. Sənəd hazırdır və biz bütün ölkələrin vahid mövqeyini gözləyirik və Prezident Trampın inauqurasiyasından sonra onun bu sənədə münasibətini gözləyirik. Иu sənədi “formul”u dəstəkləyən və dəstəkləməyən bütün ölkələrlə paylaşacağıq”, – o qeyd edib.
Dövlət başçısının sözlərinə görə, yalnız Kiyev sənədə dair ölkələrin reaksiyasını eşitdikdən sonra “növbəti addımlara hazır olacaq”.
“Biz öz mövqeyimizdən imtina etmirik. Bütün liderlər istədiyi kimi: ikinci sammitdə Rusiya olmalıdır. Biz onları dəvət edəcəyik, amma... görəcəksiniz, Rusiya formulu, sammitin keçirilməsini ləğv etmək və sonra ikinci sammitdə iştirak etmək imkanını ləğv etmək üçün hər şeyi edəcək. O, müharibənin bitməsi ilə maraqlanmır, Putin sülhlə maraqlanmır”, – Ukrayna lideri vurğulayıb.