Vladimir Putin Mahaçqaladakı hadisələrlə bağlı müşavirə keçirəcək

Vladimir Putin Mahaçqaladakı hadisələrlə bağlı müşavirə keçirəcək Rusiya Prezidenti Vladimir Putin bu gün axşam saatlarında geniş tərkibdə müşavirə keçirəcək. O, həmçinin Mahaçqala hava limanındakı iğtişaşları müzakirə edəcək.
Region
30 Oktyabr , 2023 14:35
Vladimir Putin Mahaçqaladakı hadisələrlə bağlı müşavirə keçirəcək

Rusiya Prezidenti Vladimir Putin bu gün axşam saatlarında geniş tərkibdə müşavirə keçirəcək. O, həmçinin Mahaçqala hava limanındakı iğtişaşları müzakirə edəcək.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, V.Putin oktyabrın 29-u axşamdan etibarən Dağıstandakı vəziyyətlə bağlı Federal Təhlükəsizlik Xidmətindən, Rusiya Qvardiyası və respublika rəhbəri Sergey Melikovdan ətraflı hesabatlar almağa davam edir: “Dünənki hadisələrin xarici addımların nəticəsi olduğu hamıya aydındır”.

D.Peskov həmçinin qeyd edib ki, prezident müşavirə zamanı Qərbin Yaxın Şərqdəki hadisələrdən Rusiya cəmiyyətini parçalamaq üçün istifadə etmək cəhdlərini də müzakirə edəcək.

Son xəbərlər

Orphus sistemi