Rusiya Prezidenti Vladimir Putin bu gün axşam saatlarında geniş tərkibdə müşavirə keçirəcək. O, həmçinin Mahaçqala hava limanındakı iğtişaşları müzakirə edəcək.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, V.Putin oktyabrın 29-u axşamdan etibarən Dağıstandakı vəziyyətlə bağlı Federal Təhlükəsizlik Xidmətindən, Rusiya Qvardiyası və respublika rəhbəri Sergey Melikovdan ətraflı hesabatlar almağa davam edir: “Dünənki hadisələrin xarici addımların nəticəsi olduğu hamıya aydındır”.
D.Peskov həmçinin qeyd edib ki, prezident müşavirə zamanı Qərbin Yaxın Şərqdəki hadisələrdən Rusiya cəmiyyətini parçalamaq üçün istifadə etmək cəhdlərini də müzakirə edəcək.