Ukraynada 26 nəfərin xəsarət alıdğı terror aktının səbəbi məlum olub - YENİLƏNİB

Region
  • 15 dekabr, 2023
  • 15:41
Ukraynada 26 nəfərin xəsarət alıdğı terror aktının səbəbi məlum olub - YENİLƏNİB

Ukraynada 26 nəfərin xəsarət aldığı terror aktının səbəbi məlum olub.

"Report" "news.ru"ya istinadən xəbər verir ki, partlayış törədən “Xalqın xidmətçisi” partiyasından olan 54 yaşlı deputat Sergey Batrin 2024-cü ilin büdcəsi qəbul edilməzdən əvvəl ötən ilki xərclər barədə hesabat tələb edib.

Partlayışdan az öncə o, digər deputatlarla mübahisə edərək Keretskov icmasının başçısına əməkhaqqının 50 %-i qədər artım və hər ay 100 % bonus verilməsini düzgün saymayıb.

Daha sonra Batrin zaldan çıxıb və üç qumbara ilə geri dönərək ona söz verilməsini tələb edib, bunun nəticəsiz qaldığını görərək sursatları işə salıb.

18:01

Ukraynanın Zakarpatiya vilayətindəki Keretskovski kənd sovetinin binasında deputat sessiya iclası zamanı qumbara partladıb.

“Report” xəbər verir ki, bu barədə “RBC-Ukraina” məlumat yayıb.

Rəsmi olaraq Zakarpat vilayəti polisinin mətbuat xidməti Keretskovski kənd sovetinin binasında qumbara partlaması barədə yazıb.

Bildirilib ki, hadisə nəticəsində azı 26 nəfər xəsarət alıb, onlardan bəzilərinin vəziyyəti ağırdır.