Türkiyədə ağır yol qəzası baş verib: 11 ölü, 4 yaralı - VİDEO

Region
  • 12 dekabr, 2015
  • 08:31
Türkiyədə ağır yol qəzası baş verib: 11 ölü, 4 yaralı - VİDEO

Bakı. 12 dekabr. REPORT.AZ/ Türkiyənin Van şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, qəzada əksəriyyəti tələbələr olmaqla, 11 nəfər ölüb, 4 nəfər yaralanıb.

Belə ki, Erciş rayonundan Vana hərəkət edən mikroavtobus Erciş-Van avtomobil yolunda qarşı tərəfdən gələn yük maşını ilə toqquşub.

Yaralılar təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara aparılıb.

Hadisə ilə bağlı istintaq davam edir.

Türkiyədə ağır yol qəzası baş verib: 11 ölü, 4 yaralı - VİDEO

44 - Tezliklə