Türkiyə prokurorluğu Liviya təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmaya başlayıb

Region
  • 24 dekabr, 2025
  • 01:00
Türkiyə prokurorluğu Liviya təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmaya başlayıb

Türkiyə prokurorluğu Ankarada hava limanı yaxınlığında "Falcon 50" təyyarəsinin qəzaya düşməsinin səbəbləri və şərtləri ilə bağlı araşdırmaya başlayıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç məlumat verib.

Nazir "X" hesabında yazıb: "Ankara Baş Prokurorluğu Esenboğa Hava Limanından qalxan və Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Məhəmməd Əli Əhməd Əl-Həddad da daxil olmaqla sərnişinləri daşıyan təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmaya başlayıb".

Qeyd edək ki, Ankara-Tripoli reysi ilə uçan təyyarədə Liviyanın Baş qərargah rəisi ilə birlikdə 5 nəfər olub. Artıq təyyarənin qalıqları aşkar edilib.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, Ankaradakı Esenboğa hava limanından Tripoliyə uçan təyyarənin qalıqları jandarma bölmələri tərəfindən Haymana rayonunun Kesikkavak kəndindən 2 km cənubda tapılıb.

Öz növbəsində Liviyanın Milli Birlik Hökumətinin Baş naziri Abdel Hamid Dbeyba Türkiyədə Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Məhəmməd Əli Əhməd əl-Həddadın və onu müşayiət edən hərbi nümayəndə heyətinin üzvlərinin təyyarə qəzasında vəfat etdiyini təsdiqləyib.

Son xəbərlər

Bütün Xəbər Lenti