“Starlink”in Ermənistanda fəaliyyətinə lisenziya verilib

“Starlink”in Ermənistanda fəaliyyətinə lisenziya verilib Ermənistanın İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyası “Starlink” şəbəkəsinin respublikada fəaliyyətinə lisenziya verib.
Region
13 Dekabr , 2024 18:41
“Starlink”in Ermənistanda fəaliyyətinə lisenziya verilib

Ermənistanın İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyası “Starlink” şəbəkəsinin respublikada fəaliyyətinə lisenziya verib.

“Report” "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan bildirib.

"Dekabrın 4 və 13-də İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasında keçirilən iclaslarda qəbul edilmiş qərarlara əsasən, "Starlinkam" SC şirkətinin Ermənistan Respublikası ərazisində fəaliyyət göstərməsi ilə bağlı müraciətləri təmin edilib", - M.Ayrapetyan sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, müraciətlər ümumi istifadəli elektron rabitə şəbəkəsinin istismarı üçün lisenziya verilməsi, qlobal peyk rabitə sistemləri tərəfindən istismar olunan ümumi istifadəli elektron rabitə şəbəkəsinin təşkili üçün radiotezlik diapazonlarından istifadəyə icazə verilməsi ilə bağlı olub.

"Beləliklə, lisenziyalaşdırma və icazələr təmin edilib və indi biz test mərhələsinə keçirik. Ümid edirəm ki, bu mərhələ yaxın aylarda başa çatacaq və xidmət tam gücü ilə işləyəcək", - nazir qeyd edib.

Son xəbərlər

Orphus sistemi