Şimali Kipr: Adada vəziyyət dəyişəcək, bütün ssenarilərə hazırıq

Şimali Kipr: Adada vəziyyət dəyişəcək, bütün ssenarilərə hazırıq ABŞ-nin təhlükəli dəstəyi Şərqi Aralıq dənizində vəziyyəti dəyişəcək.
Region
12 Sentyabr , 2024 14:06
Şimali Kipr: Adada vəziyyət dəyişəcək, bütün ssenarilərə hazırıq

ABŞ-nin təhlükəli dəstəyi Şərqi Aralıq dənizində vəziyyəti dəyişəcək.

“Report” xəbər verir ki, bu barədə Şimali Kipr Xarici İşlər Nazirliyinin ABŞ ilə yunan Kipri arasında artan hərbi əməkdaşlığa dair bəyanatında bildirilib.

Qeyd olunub ki, bu, ABŞ-nin yunan tərəfinə verdiyi dəstəyin bariz nümunəsidir.

Bəyanatda ABŞ soyuqqanlı hərəkət etməyə çağırılıb: “ABŞ regiondakı vəziyyəti dəyişmək cəhdlərinə son verməli, Kipr məsələsi ilə bağlı birtərəfli mövqeyini dayandırmalıdır”.

Eyni zamanda vurğulanıb ki, Şimali Kipr regionda baş verə biləcək bütün ssenarilərə hazırdır: “Ana vətən Türkiyə ilə birlikdə lazımi tədbirləri görmək hüququmuzu özümüzdə saxlayırıq”.

Bundan başqa, Türkiyə Milli Müdafiə Nazirliyi də məsələyə münasibət bildirib: “ABŞ-nin bu addımını şiddətlə qınayırıq. Şimali Kipri görməzdən gələn və yunan Kiprini adanın tək təmsilçisi kimi görən yanaşmaya yenidən baxılmalıdır”.

Qeyd edək ki, daha əvvəl Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik məsələyə münasibət bildirərək bu addımın regionda gərginliyi artıracağını söyləmişdi.

Xatırladaq ki, sentyabrın 10-da ABŞ ilə yunan Kipri arasında müdafiə sahəsində əməkdaşlığa dair yol xəritəsi razılaşdırılıb.

Son xəbərlər

Orphus sistemi