Rusiyada prezident seçkilərində seçici fəallığı 70 faizi ötüb - YENİLƏNİB

Rusiyada prezident seçkilərində seçici fəallığı 70 faizi ötüb - YENİLƏNİB Rusiyada keçirilən prezident seçkilərində seçici fəallığı 60 faizi ötüb.
Region
17 Mart , 2024 17:41
Rusiyada prezident seçkilərində seçici fəallığı 70 faizi ötüb - YENİLƏNİB

Saat 15:45-ə (16:45 - red.) distant elektron səsvermə nəzərə alınmaqla, prezident seçkilərində bütün ölkə üzrə ümumi seçici fəallığı 70,81 faiz təşkil edir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova komissiyanın informasiya mərkəzində deyib.

“Saat 15:45-ə olan məlumata görə, məntəqələrdə və distant səsvermədə ümumi fəallıq 70,81 faiz təşkil edir”, – Pamfilova bildirib.

10:49

Rusiyada keçirilən prezident seçkilərində seçici fəallığı 60 faizi ötüb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası bildirib.

Qeyd olunub ki, seçkilərdə iştirak 60,20 faizdir.

Seçkilər martın 15-dən 17-dək keçirilir, Rusiya regionlarının üçdə birində səsvermə həm də elektron şəkildə aparılır.

Qeyd edək ki, hazırkı prezident Vladimir Putinin seçkilərdə üç opponenti var. Dövlət başçısı ilə yarışmağa Kommunist Partiyasından Nikolay Xaritonov, Rusiya Liberal-Demokratik Partiyasından Leonid Slutskiyə və Dövlət Dumasının sədr müavini Vladislav Davankova imkan verilib. Onlardan heç biri nə Rusiyanın Ukraynadakı müharibəsini, nə də birbaşa Putini tənqid edir.

Müstəqil namizədlər isə seçkilərə buraxılmayıb. Mərkəzi Seçki Komissiyası həm jurnalist Yekaterina Duntsova, həm də Vətəndaş Təşəbbüsü Partiyası tərəfindən namizədliyi irəli sürülmüş siyasətçi Boris Nadejdini qeydiyyata almaqdan imtina edib. Hər ikisi müharibəni tənqid edir və savaşın dayandırılmasının tərəfdarıdırlar.

Gözəçarpan bir kampaniya aparan yeganə şəxs Vladimir Putin olub. Bu onun beşinci seçkisidir. Fevral və mart aylarında Putin fəal şəkildə ölkəni gəzib: hərbçilər, işçilər, alimlər, fermerlər və gənclərlə görüşüb. Bütün bu görüşlər seçkiqabağı tədbir olsa da, onlarda “seçki” çağırışları səslənməyib.

Qalan namizədlər isə diqqəti özlərinə cəlb etməməyə çalışıblar. Səsvermənin yeganə intriqası onlardan hansının ikinci yeri tutacağı və hansı nəticə ilə olacağıdır.

Bundan başqa, 2024-cü ildə Rusiya prezidenti ilk dəfə Ukraynanın 4 vilayətinin – Zaporojyenin, eləcə də Xerson, Donetsk və Luqansk vilayətlərinin işğal olunmuş ərazilərində (ilhaq edilmiş Krımda prezident seçkiləri artıq 2018-ci ildə keçirilib) seçilir.

Bu bölgələrdə sakinlər də seçicilərin yaşadıqları hərbi vəziyyət şəraitinə uyğunlaşdırılaraq seçkilərdə fəal iştirak etməyə məcbur edilirlər.

İlhaq edilmiş ərazilərdə səsvermə erkən başlayıb. Bölgələrdə seçki məntəqələri fəaliyyət göstərir, lakin yerli qondarma hakimiyyət sakinləri evdə səs verməyə təşviq edir. Nəticədə komissiya üzvləri silahlı şəxslərin müşayiəti ilə birbaşa yaşayış yerinə gəlirlər.

Son xəbərlər

Orphus sistemi