Podolyak: "Ukrayna Rusiya ilə danışıqlardan imtina etmir, amma bir şərtlə"
Region
- 07 noyabr, 2022
- 15:43
Ukrayna Rusiya ilə danışıqlardan imtina etmir, amma ilk növbədə Kreml ən vacib işi görməlidir - qoşunlarını ərazimizdən çıxarmalıdır.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak özünün tviter hesabında yazıb.
“Başa düşmək lazımdır: Ukrayna heç vaxt danışıqlardan imtina etməyib. Bizim danışıqlarda mövqeyimiz məlum və açıqdır: 1. Öncə Rusiya Ukraynadan qoşunlarını çıxarır. 2. Sonra qalan şeylər”, - M.Podolyak qeyd edib.
Prezident Ofisi rəsmisinin sözlərinə görə, Kiyev danışıqları qiymətləndirməkdə konstruktivdir. Onun fikrincə, Rusiya Prezidenti Vladimir Putin danışıqlar masası arxasına oturmağa hazır deyil, bununla əlaqədar Rusiyanın növbəti prezidenti ilə danışıqlar aparmaq lazım olacaq.
Son xəbərlər
13:40
Qırmızı Bazar sakini: Yurd həsrətinin ağrı-acısı artıq keçmişdə qaldı
Daxili siyasət13:38
Bəhreyn hökuməti aviaşirkətin təyyarələrini alternativ hava limanlarına yönləndirib
Digər ölkələr13:35
Yerlan Akkenjenov: "Qazaxıstan bu il BTC ilə 2,2 milyon tona yaxın neft ixrac etməyi planlaşdırır"
Energetika13:31
Hörmüz boğazında Türkiyənin 15 gəmisi qalıb
Region13:31
Deputat: "Azərbaycanda süni intelektin yaratdığı əlavə dəyər ölçülmür"
ASK13:22
AQTA: Gələcəkdə bütün xidmətlər vahid elektron platforma ilə göstəriləcək
ASK13:21
Əli Əsədov Beynəlxalq Kanoe Federasiyasının prezidenti ilə görüşüb
Xarici siyasət13:20
Almaniya Bundestaqının sədri Kiyevə səfər edib
Region13:13