Paşinyan kilsəni ittiham edib

Paşinyan kilsəni ittiham edib Ermənistanın baş naziri Nikol Paşinyan arxiyepiskop Baqrat Qalstanyan rəhbərlik etdiyi “Vətən uğrunda Tavuş” hərəkatının mitinqləri fonunda bildirib ki, Erməni Apostol Kilsəsi tarixi dövrlərdən bəri “təsir agenti” olub.
Region
22 May , 2024 17:57
Paşinyan kilsəni ittiham edib

Ermənistanın baş naziri Nikol Paşinyan arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən uğrunda Tavuş” hərəkatının mitinqləri fonunda bildirib ki, Erməni Apostol Kilsəsi tarixi dövrlərdən bəri “təsir agenti” olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə o, parlamentdə bildirib.

“Erməni xalqının tarixində olub ki, orta əsrlərdə din xadimləri xeyir-dua almaq üçün Bizansa gedirdilər, geri qayıdanda isə təsir agentinə çevrilirdilər. Deyəsən indiyə qədər onlar üçün heç nə dəyişməyib. Amma iki-üç aya bu məsələni həll edəcəyik”, - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi