"Normand dördlüyü"nün Ukrayna ilə bağlı toplantısı başa çatıb

"Normand dördlüyü"nün Ukrayna ilə bağlı toplantısı başa çatıb Fransanın paytaxtı Parisdə Ukrayanadkı vəziyyətlə bağlı “Normand dördlüyü”nün siyasi şurasının toplantısı başlayıb.
Region
199
27 Yanvar , 2022 00:00
Normand dördlüyünün Ukrayna ilə bağlı toplantısı başa çatıb

Parisdə “Normand dördlüyü” liderlərinin müşavirlərinin görüşü başa çatıb.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın Fransadakı səfirliyindəki mənbə "RİA Novosti"yə bildirib.

“Normand dördlüyü” liderlərinin müşavirlərinin görüşü səkkiz saatdan çox davam edib.

Danışıqlarda Rusiya nümayəndə heyətini Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozak, Fransa nümayəndə heyətini Fransa Prezidentinin diplomatik müşaviri Emmanuel Bonn, Almaniya nümayəndə heyətini kanslerin xarici siyasət üzrə müşaviri Yens Plötner, Ukrayna nümayəndə heyətini isə Prezident Aparatının rəhbəri Andrey Yermak təmsil edib.

Ukrayna üzrə danışıqların “Normand” formatı 2014-cü ilin iyunundan mövcuddur. 

16:02

Fransanın paytaxtı Paris şəhərində “Normand dördlüyü”nün Siyasi Şurasının Ukraynadakı vəziyyətlə bağlı toplantısı başlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fransadakı səfirliyindən bildiriblər.

Qeyd edək ki, Ukraynanın şərqində vəziyyətin tənzimlənməsi üzrə “Normand formatı” və ya “Normand dördlüyü”nə Almaniya, Rusiya, Fransa və Ukrayna daxildir.

Son xəbərlər

Orphus sistemi