Nigerdə Fransa hərbçilərinə qarşı aksiya keçirilib

Nigerdə Fransa hərbçilərinə qarşı aksiya keçirilib Niger "Azadlıq və Ləyaqət Hərəkatı"nın nümayəndələri Niameydəki Fransa hərbi bazası qarşısında mitinq keçirərək, fransız qüvvələrinin Niger ərazisindən tamamilə çıxarılmasını tələb ediblər.
Digər ölkələr
26 Avqust , 2023 00:34
Nigerdə Fransa hərbçilərinə qarşı aksiya keçirilib

Nigerin "Azadlıq və Ləyaqət Hərəkatı"nın nümayəndələri Niameydəki Fransa hərbi bazası qarşısında mitinq keçirərək, fransız hərbçilərin ölkə ərazisindən tamamilə çıxarılmasını tələb ediblər.

“Report” bu barədə xarici KİV-ə istinadən xəbər verir.

"Biz bu gün burada, Fransanın Niameydəki hərbi bazasının qarşısında yeni müstəmləkəçi Fransa ordusunun ölkəmizdən qəti və qeyd-şərtsiz çıxarılmasını tələb etmək üçün toplaşmışıq", - Hərəkatın rəhbəri Mustafa Bulamin bildirib.

Onun sözlərinə görə, Fransa ilə bütün hərbi əlaqələrin kəsildiyi nəzərə alınsa, ölkənin Nigerdə ​​hərbi mövcudluğunu saxlamaq üçün hüquqi əsaslar da daxil olmaqla heç bir əsası yoxdur. Hərəkat bununla bağlı Fransa prezidenti Emmanuel Makronu “sağlam düşüncəyə” çağırıb.

Son xəbərlər

Orphus sistemi