Bakı. 18 sentyabr. REPORT.AZ/ Moskva polisi üzərində partlayıcı maddənin olduğunu deyən naməlum şəxsin seçiciləri təhdid etdiyi "Erməni dalanı"na gəlib.
"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, şəxsiyyət hələlik müəyyən edilməmiş şəxs "Erməni dalanı"ndakı 10 saylı seçki məntəqəsinə gələrək üzərində partlayıcı maddənin olduğunu deyib.
Polis əməkdaşları seçki məntəqəsinin ərazisinə gələrək orada axtarış aparıblar və təxribatçını saxlayıblar.
"İnterfaks" agentliyi də paytaxt meri Sergey Sobyaninə istinadən 10 saylı seçki məntəqəsində üzərində partlayıcı maddənin olduğunu iddia etdən təxribatçının Moskva polisi tərəfindən saxlanıldığını bildirib.
Mer professional polis əməkdaşlarına təşəkkür edib.
Məlumata görə, saxlanılan şəxs spirtli içki aludəçisidir. Onun üzərində heç bir partlayıcı maddə aşkarlanmayıb.
Seçki məntəqəsi iş rejimini davam etdirir.