MİT-in tutduğu rusiyalı 8 casusa 33 il həbs cəzası verilə bilər

MİT-in tutduğu rusiyalı 8 casusa 33 il həbs cəzası verilə bilər Türkiyədə Milli Kəşfiyyat Təşkilatının (MİT) tutduğu rusiyalı 8 casusa 33 il həbs verilə bilər
Region
15 Fevral , 2022 12:31
MİT-in tutduğu rusiyalı 8 casusa 33 il həbs cəzası verilə bilər

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) saxladığı rusiyalı 8 casusa 33 il həbs verilə bilər.

“Report” xəbər verir ki, bunu yerli “Sabah” qəzeti yazıb.

Məlumata görə, İstanbul Baş Prokurorluğu çeçen fəallara qarşı sui-qəsd hazırlayan bir qrup rusiyalı ilə bağlı istintaqı başa çatdırıb. Dindirilmələrdən sonra həmin şəxslər siyasi və hərbi casusluqda ittiham olunub və onları 22 ildən 33 ilədək həbs cəzası gözləyir.

Bildirilib ki, ötən ilin oktyabrında saxlanılan həmin casusların hədəfi çeçen komandir Abdülhakim olub. Sui-qəsd təlimatı isə Çeçenistan başçısı Ramzan Kadırovun xalası oğlu, Rusiya Dövlət Dumasının deputatı Adam Delimxanov və daha çox kriminal avtoritet olaraq tanınan Kazbek Dukuzovdan gəlib.

Qeyd edək ki, Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov onda rusiyalı casusların Türkiyədə saxlanılması barədə məlumatın olmadığını bildirmişdi.

Son xəbərlər

Orphus sistemi