Türkiyə ilə Misir arasında 18 sənəd imzalanıb - YENİLƏNİB-2

Türkiyə ilə Misir arasında 18 sənəd imzalanıb - YENİLƏNİB-2 "Report" xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Region
4 Sentyabr , 2024 18:13
Türkiyə ilə Misir arasında 18 sənəd imzalanıb - YENİLƏNİB-2

Türkiyə ilə Misir arasında 18 sənəd imzalanıb.

“Report” xəbər verir ki, sənədlər müxtəlif sahələri əhatə edir.

Həmçinin Türkiyə ilə Misir arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Mexanizminə dair anlaşma imzalanıb.

Müqavilələr Misir Prezidenti Əbdülfəttah əs-Sisinin Türkiyəyə səfəri çərçivəsində imzalanıb.

15:45

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, görüş Prezident İqamətgahında baş tutub.

Görüşün təfərrüatları hələ ki məlum deyil.

14:25

Misir Prezidenti Əbdülfəttah əs-Sisinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə sentyabrın Ankaraya rəsmi səfəri başlayıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Onu hava limanında Ərdoğan qarşılayıb.

İki liderin görüşündə Qəzzadakı münaqişə və sülh səylərinin müzakirə olunacağı, həmçinin Türkiyə-Misir Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclasının keçiriləcəyi bildirilib.

Eyni zamanda bir sıra sazişlərin imzalanacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi