Məsud Pezeşkian: İran Qazaxıstanla ticarət sahəsində əməkdaşlığın inkişafında maraqlıdır

Region
  • 11 dekabr, 2025
  • 12:10
Məsud Pezeşkian: İran Qazaxıstanla ticarət sahəsində əməkdaşlığın inkişafında maraqlıdır

İran Qazaxıstanla ticarət sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır və tərəflər qarşılıqlı ticarət dövriyyəsini 3 milyard ABŞ dollarına çatdırmağı planlaşdırırlar.

"Report" Akordaya istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Astanada qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə geniş tərkibdə keçirdiyi görüş zamanı bildirib.

Onun sözlərinə görə, bu il iki ölkə arasında ticarət dövriyyəsi 40 % artıb və bu da yaxşı göstəricidir.

"Lakin biz ticarət sahəsində daha yüksək nəticələr əldə edə bilərik. Əvvəlki görüşümüzdə qarşılıqlı ticarət dövriyyəsini 3 milyard dollara çatdırmaqla bağlı razılığa gəldik və bu istiqamətdə işi davam etdirməliyik. Ancaq bank sektoru ilə bağlı məsələlər qalır. Ümid edirəm ki, tezliklə onları həll edə biləcəyik. İran Avrasiya İqtisadi İttifaqı vasitəsilə Qazaxıstanla ticarət sahəsində əməkdaşlığın inkişafında maraqlıdır", - İran Prezidenti qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti