Meral Akşener İYİ Partiya sədrliyinə namizəd olmayacaq, bu posta iddiaçılar müəyyənləşib - YENİLƏNİB-2

Meral Akşener İYİ Partiya sədrliyinə namizəd olmayacaq, bu posta iddiaçılar müəyyənləşib - YENİLƏNİB-2 Türkiyədə müxalifət olan xanım siyasətçi Meral Akşener İYİ Partiyanın sədrliyinə namizədliyini verməyəcək.
Region
8 Aprel , 2024 12:23
Meral Akşener İYİ Partiya sədrliyinə namizəd olmayacaq, bu posta iddiaçılar müəyyənləşib - YENİLƏNİB-2

Türkiyədə müxalifətdə olan İYİ Partiyanın sədrliyinə namizədlərin sayı üçə çatıb.

“Report” “Yeni Şafak”a istinadən xəbər verir ki, siyasi təşkilatın Türkiyə Böyük Millət Məclisində (TBMM) İzmiri təmsil edən deputatı Müsavat Dervişoğlu da namizədliyini açıqlayıb.

Eyni zamanda İYİ Partiyanın parlamentdəki fraksiyasının rəhbəri Koray Aydın da seçkilərdə iştirak edəcəyini deyib.

11:43

Mehmet Tolqa Akalın Türkiyədə müxalifətdə olan İYİ Partiyanın sədrliyinə namizədliyini irəli sürüb.

“Report” NTV-yə istinadən xəbər verir ki, o, hazırda partiya sədri Meral Akşenerin müavini vəzifəsini icra edir.

Bildirilib ki, martın 31-də Türkiyədə keçirilən bələdiyyə seçkilərindən sonra İYİ Partiyanın bir neçə üzvü ard-arda istefa verib.

Xatırladaq ki, M.Akşener İYİ Partiyanın sədrliyinə namizədliyini verməməsini bələdiyyə seçkilərindəki uğursuzluqla əlaqələndirib.

11:12

Meral Akşener İYİ Partiyanın sədrliyinə namizədliyini verməyəcək.

“Report” “NTV”yə istinadən xəbər verir ki, o, bu barədə özü məlumat verib.

O, partiyanın Fövqəladə Baş Assambleyasında namizədliyini irəli sürməyəcək.

Siyasətçi qərarının səbəbini tam açıqlamasa da, sadəcə bunu deyib:

“Biz bu qurultayda 2028-ci ildə keçiriləcək prezident seçkiləri üçün “yol xəritə"mizi müəyyənləşdirəcəyik. Mən elan edirəm ki, daha partiya sədrliyinə namizədliyimi verməyəcəm”.

Qeyd edək ki, qurultay aprelin 27-də keçiriləcək.

Xatırladaq ki, M.Akşener 2023-cü il iyunun 24-də İYİ Partiyanın sədri seçilib. Müxalif siyasətçi sonuncu parlament seçkilərində 10 faizə yaxın səs toplayıb.

Son xəbərlər

Orphus sistemi