Dərbənddə kilsə və sinaqoqa, eləcə də Mahaçqalada yol polisi postuna hücum edən terrorçuların arasında Dağıstanın Serqokalinsk rayonun başçısı Maqomed Ömərovun iki oğlu - Osman və Adil Ömərov da olub.
“Report” xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı yazıb.
Qeyd olunub ki, onların hər ikisi əməliyyat zamanı zərərsizləşdirilib. Hüquq-mühafizə orqanlarındakı mənbə də bu məlumatı “Kommersant”a təsdiqləyib.
Artıq Serqokalinsk rayonunun rəhbəri hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. “M. Ömərovun yaşadığı evdə axtarışlar aparılır, özü də polisdədir və ifadə verir”, - məlumatda deyilir.
Öz növbəsində “TASS” hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, Mahaçqala və Dərbəndə hücum edənlər beynəlxalq terror təşkilatının tərəfdarlarıdır və xarici silahlardan istifadə ediblər.