Latviyada son sutkada daha 4 nəfərdə koronavirus aşkarlanıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Respublikanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin nümayəndəsi məlumat verib.
Bildirilib ki, Latviyada COVID-19-a yoluxanların rəsmi sayı 900-ə yüksəlib. Məlumatlara əsasən, koronavirusdan 17 nəfər ölüb, 464 nəfər isə sağalıb.
Qeyd edək ki, hazırda ölkədə fövqəladə vəziyyət rejimi qüvvədədir. Bütün beynəlxalq sərnişindaşımalar ertələnib, kütləvi tədbirlər qadağan edilib, təhsil ocaqlarında dərslər dayandırılıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,7 milyonu ötüb. Bunların 1,2 milyon nəfərdən çoxu sağalıb, 258 mindən çoxu isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.