İran bu il 4 dəfə çox qızıl külçəsi idxal edib

İran bu il 4 dəfə çox qızıl külçəsi idxal edib İran bu il 4,6 ton qızıl külçə idxal edib.
Region
27 May , 2024 01:45
İran bu il 4 dəfə çox qızıl külçəsi idxal edib

İran bu il 4,6 ton qızıl külçə idxal edib.

“Report” IRNA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin vergi xidmətinin hesabatlarından məlum olub.

Məlumata görə, bu ilin ilk iki ayında 4,6 ton qızıl külçə idxal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 dəfə çoxdur.

Dövr ərzində ölkəyə idxal edilən standart qızıl külçələrinin dəyəri 330 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə isə 79 milyon dollar dəyərində 1,2 ton qızıl külçəsi idxal edilib.

Bu hesabata görə, bu ilin ilk iki ayında külçə qızıl idxalının 91 faizi İmam Xomeyni Aeroportunun gömrüyünün payına düşüb.

2022-ci ilin dekabrında hökumət qızıl külçələrinin idxalına güzəştlər vermək qərarına gəlib, bundan sonra idxalın həcmi önəmli dərəcədə artıb.

Son xəbərlər

Orphus sistemi