Gürcüstanın XİN rəhbəri Aİ səfiri ilə görüşdə siyasi spekulyasiyalardan narahat olduğunu bildirib

Gürcüstanın XİN rəhbəri Aİ səfiri ilə görüşdə siyasi spekulyasiyalardan narahat olduğunu bildirib Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Avropa İttifaqının (Aİ) bu ölkədəki səfiri Pavel Qerçinski ilə görüşündə davam edən siyasi spekulyasiyalardan narahatlığını bildirib.
Region
10 Dekabr , 2024 03:46
Gürcüstanın XİN rəhbəri Aİ səfiri ilə görüşdə siyasi spekulyasiyalardan narahat olduğunu bildirib

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Avropa İttifaqının (Aİ) bu ölkədəki səfiri Pavel Qerçinski ilə görüşündə davam edən siyasi spekulyasiyalardan narahatlığını bildirib.

“Report” xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Diplomatlar ikitərəfli münasibətlərin əsas aspektlərini müzakirə ediblər. “Aİ ilə əlaqələrin inkişafında qarşılıqlı hörmətin zəruriliyi vurğulanıb. Gürcüstanın təşkilat qarşısında öhdəliklərini yerinə yetirməyə sadiq qaldığı və ölkənin ittifaqa üzvlüklə bağlı işləməyə hazır olduğu təsdiqlənib”, - məlumatda deyilir.

Gürcüstan tərəfi parlament seçkiləri ilə bağlı davam edən siyasi spekulyasiyalardan narahatlığını bildirib, Avropa Parlamentinin qətnaməsi ilə verilən mesajların ölkədə 2020-ci ildəki vəziyyəti xatırladan süni böhranın yaranmasına töhfə verdiyini qeyd edib.

Aİ səfiri öz növbəsində Gürcüstanda baş verənlərlə bağlı narahatlığını ifadə edib.

Müzakirə zamanı həmçinin son dövrlərdə münasibətlərdə yaranmış problemlərin həllinin və gedən proseslərin obyektiv qiymətləndirilməsinin vacibliyi, tərəflər arasında kritik məsələlər üzrə dialoqun zəruriliyi vurğulanıb.

Son xəbərlər

Orphus sistemi