Gürcüstan XİN: Haqsız tənqidlər strateji tərəfdaşlarla münasibətlərə kölgə salır

Gürcüstan XİN: Haqsız tənqidlər strateji tərəfdaşlarla münasibətlərə kölgə salır Gürcüstanın qarşılaşdığı haqsız tənqidlər və əsassız addımlar strateji tərəfdaşlarla münasibətlərə kölgə salır. Buna baxmayaraq, əsas vəzifəmiz tərəfdaşlarla əlaqələri inkişaf etdirmək və dezinformasiya kampaniyalarına layiqincə cavab verməkdir.
Region
30 Dekabr , 2024 13:54
Gürcüstan XİN: Haqsız tənqidlər strateji tərəfdaşlarla münasibətlərə kölgə salır

Gürcüstanın qarşılaşdığı haqsız tənqidlər və əsassız addımlar strateji tərəfdaşlarla münasibətlərə kölgə salır. Buna baxmayaraq, əsas vəzifəmiz tərəfdaşlarla əlaqələri inkişaf etdirmək və dezinformasiya kampaniyalarına layiqincə cavab verməkdir.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Maka Botçorişvili "Səfirlər Konfransı"nın bağlanış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Gürcüstanın Qərb və Şərq arasında əlaqə yaratmaq funksiyasını həyata keçirmək heç vaxt indiki qədər mühüm olmayıb.

"Bunun üçün geosiyasi vəziyyəti düzgün qiymətləndirmək və aktiv işləmək lazımdır ki, ölkəmiz maksimum fayda əldə etsin. Gürcüstanın atdığı addımlar və əldə etdiyi nailiyyətlər beynəlxalq ictimaiyyət tərəfindən nəzərə alınmalıdır. Bunun üçün beynəlxalq təşkilatlarda üzvlüyümüzdən doğan imkanlardan daha fəal istifadə etməliyik", - nazir vurğulayıb.

M.Botçorişvili əlavə edib ki, digər ölkələrdəki soydaşların maraqlarını qorumaq və onların vətənlə əlaqələrini gücləndirmək Gürcüstan diplomatlarının gündəlik vəzifəsi olmalıdır:

"Diplomatik xidmətimiz son dövrlərdə açıq hücumların hədəfinə çevrilib, bu da bir daha onun nə qədər mühüm olduğunu göstərir. Ancaq biz yalnız birgə səylər və yorulmaz iş sayəsində Gürcüstanın dünyada layiq olduğu şəkildə tanınmasını təmin edə bilərik".

Son xəbərlər

Orphus sistemi