Gürcüstan prezidentinin impiçmenti üzrə səsvermə bu ilin sonuna baş tutacaq

Gürcüstan prezidentinin impiçmenti üzrə səsvermə bu ilin sonuna baş tutacaq Gürcüstan parlamenti Prezident Salome Zurabişvilinin impiçmenti məsələsini cari ilin noyabrın sonu, və ya dekabrın əvvəlində səsverməyə çıxarmağı planlaşdırır.
Region
10 Oktyabr , 2024 23:48
Gürcüstan prezidentinin impiçmenti üzrə səsvermə bu ilin sonuna baş tutacaq

Gürcüstan parlamenti Prezident Salome Zurabişvilinin impiçmenti məsələsini cari ilin noyabrın sonu, və ya dekabrın əvvəlində səsverməyə çıxarmağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze Gürcüstanın “İctimai Televiziyası”na müsahibəsində deyib.

Onun sözlərinə görə, hər şey yeni parlamentin ilk iclasının tarixindən asılıdır: “Biz parlamentdə 100-dən çox yer əldə etdikdən sonra, dekabrın əvvəlində və ya noyabrın sonunda, ilk iclasın nə vaxt təyin edilməsindən asılı olaraq, onun (Zurabişvili -Qeyd) impiçmenti baş tutacaq”

Qeyd edək ki, “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası Salome Zurabişviliyə qarşı impiçment prosesinə ilk dəfə 2023-cü il sentyabrın 1-də başlayıb. Səbəb prezidentin hökumətin razılığı olmadan Gürcüstanın Avropa kursunu dəstəkləmək üçün Avropa turnesi həyata keçirməsi olub.

2023-cü il oktyabrın 16-da Konstitusiya Məhkəməsi Prezidentin Konstitusiyanı pozduğunu təsdiqləyib. Bunun ardınca proses parlamentə keçib. Hakim partiyaya impiçmenti həyata keçirmək üçün 100 səs lazım idi, lakin impiçment uğursuz olub.

Son xəbərlər

Orphus sistemi