Ermənistanda polis rəisi və müavin korrupsiyaya görə həbs olunub

Region
  • 13 dekabr, 2023
  • 12:19
Ermənistanda polis rəisi və müavin korrupsiyaya görə həbs olunub

Ermənistanda Daxili İşlər Nazirliyinin Polis İdarəsinin Qoris şöbəsinin rəisi Muşeq Gevorqyan və Kapan şöbəsinin rəis müavini Vaqarşak Ginosyan həbs olunublar.

“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Bildirilib ki, onlar Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin keçirdiyi əməliyyat nəticəsində tutulublar.

44 filmi