Ermənistanda bu ilin 9 ayı ərzində qeydə alınan korrupsiya cinayətlərinin sayı ötən ilin uyğun dövrü ilə müqayisədə 482 hadisə artıb.
“Report” xəbər verir k, bu barədə Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədri Sasun Xaçatryan parlamentdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, 2023-cü ilin ilk 9 ayında Ermənistanda 1088 korrupsiya cinayəti qeydə alınıb: “Ötən ilin analoji dövründə bu göstərici 606 olub. Yən korrupsiya hadisələrinin sayı 79,5 faiz, 482 hadisə artıb”.
Komitə sədri bildirib ki, 9 ay ərzində 286 şəxs barəsində 134 cinayət işi ittiham aktı ilə məhkəməyə göndərilib. Ötən ilin eyni dövründə bu rəqəm 166 nəfərə qarşı 68 nəfər olub: “Məhkəməyə göndərilmiş 286 işdən 52 nəfər rüşvət alma, 117 nəfər rüşvət vermə, 9 nəfər rüşvət alma, 14 nəfər vəzifə səlahiyyətlərindən sui-istifadə və ya başqasına ötürmə maddəsi ilə ittiham olunub. 15 nəfər vəzifə saxtakarlığında, 3-ü çirkli pulların yuyulmasında, 18-i korrupsiya cinayətlərində, 58 nəfər sui-istifadədə ittiham olunub”.