Ərdoğan: “Erməni silahlı dəstələri Azərbaycan ərazisindən tamamilə çıxarılmalıdır”

Ərdoğan: “Erməni silahlı dəstələri Azərbaycan ərazisindən tamamilə çıxarılmalıdır” Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qanunsuz erməni silahlı dəstələrinin Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ bölgəsində son zamanlar törətdiyi təxribatlara münasibət bildirib.
Region
31 Mart , 2022 15:06
Ərdoğan: “Erməni silahlı dəstələri Azərbaycan ərazisindən tamamilə çıxarılmalıdır”
Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ bölgəsində qanunsuz erməni silahlı dəstələrinin törətdiyi təxribatlara münasibət bildirib.

“Report” xəbər verir ki, dövlət başçısı Özbəkistandan səfərdən qayıdarkən jurnalistlərin məsələ ilə bağlı suallarını cavablandırıb.

“Azərbaycan üçtərəfli bəyanatın müddəalarına tam əməl edir. Ona görə də Azərbaycan tərəfindən heç bir pozuntu yoxdur. Orada Azərbaycana qarşı hücum gerçəkləşib deyə müdafiə reaksiyası olub. Əsas odur ki, üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq erməni silahlı dəstələrinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən tamamilə çıxarılması təmin edilsin”, - Türkiyə lideri söyləyib. 

Son xəbərlər

Orphus sistemi