“Crocus”da baş verən terrorda xəsarət alanların sayı 551 nəfərə çatıb - YENİLƏNİB

“Crocus”da baş verən terrorda xəsarət alanların sayı 551 nəfərə çatıb - YENİLƏNİB Rusiyanın Moskva vilayətindəki “Crocus City Hall”da baş verən terror aktında xəsarət alanların sayı 382 nəfərə çatıb.
Region
29 Mart , 2024 11:59
“Crocus”da baş verən terrorda xəsarət alanların sayı 551 nəfərə çatıb - YENİLƏNİB

Rusiyanın Moskva vilayətindəki “Crocus City Hall”da baş verən terror aktında xəsarət alanların sayı 551 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl xəsarət alanların sayı 382 nəfər idi.

Bir gün əvvəl Moskva vilayətinin Səhiyyə Nazirliyi xəsarət alan 77 nəfərin xəstəxanada müalicə olunduğunu, onlardan 47-nin evə buraxıldığını bildirmişdi.

11:18

Rusiyanın Moskva vilayətindəki “Crocus City Hall”da baş verən terror aktında xəsarət alanların sayı 382 nəfərə çatıb.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Tibbi Fəlakətlər Mərkəzi məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl xəsarət alanların sayı 360 nəfər idi.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətindəki “Crocus City Hall”da terror aktı baş verib. Hadisə nəticəsində 143 nəfər ölüb. Rusiya Prezidenti Vladimir Putin sifarişçilərin və icraçıların tapılaraq cəzalandırılacağını bildirib. İŞİD terror hadisəsi ilə bağlı məsuliyyəti öz üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi