ABŞ-ın dəstəyi ilə Gürcüstanda hərbi təlim keçiriləcək

ABŞ-ın dəstəyi ilə Gürcüstanda hərbi təlim keçiriləcək Bu ilsentyabrın 7-dən 18-dək Gürcüstanda “Layiqli tərəfdaş 2020” adlı çixmillətli hərbi təlim keçiriləcək.
Region
26 Avqust , 2020 13:57
ABŞ-ın dəstəyi ilə Gürcüstanda hərbi təlim keçiriləcək

Bu il sentyabrın 7-dən 18-dək Gürcüstanda “Layiqli tərəfdaş 2020” adlı çixmillətli hərbi təlim keçiriləcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildirilib.

Tbilisi yaxınlığında “Vaziani” və “Norio” poliqonlarında ABŞ-ın dəstəyi ilə baş tutacaq təlimdə Gürcüstanla yanaşı, ABŞ, Böyük Britaniya, Polşa və Fransadan olan 2 700-dən çox hərbçi iştirak edəcək.

Təlimlərə Gürcüstanın Müdafiə Qüvvələrinin zirehli texnikası və artilleriya sistemləri ilə yanaşı, ABŞ-ın aviasiya və zirehli texnikası da cəlb olunacaq. Kombinə edilmiş manevrlər komanda, qərargah və çöl şəraitində keçiriləcək.

Təlimlərin məqsədi Gürcüstan, ABŞ və tərəfdaş ölkələrin silahlı qüvvələrinin hazırlıq səviyyəsinin yüksəldilməsi, həmçinin Qara dəniz bölgəsində sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsidir.

Təlimlərin planlaşdırılması və hazırlıq prosesində koronavirusun yayılmasının qarşısının alınması üçün bütün tövsiyə və təlimatlara əməl olunacaq.

Son xəbərlər

Orphus sistemi