Birləşmiş Ştatlar Gürcüstan vətəndaşlarına, o cümlədən məmur və onların ailə üzvlərinə viza sanksiyaları tətbiq edir.
“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller
O vurğulayıb ki, bu, viza məhdudiyyətlərinin ilk paketidir və bu paketə Gürcüstanın hakim partiyasının üzvləri, deputatlar, hüquq-mühafizə orqanlarının əməkdaşları və fiziki şəxslər daxildir.
“Biz ümidliyik ki, Gürcüstan liderləri öz hərəkətlərinə yenidən nəzərdən keçirəcək və ölkələrinin uzun müddətdir bəyan etdiyi demokratik və Avro-Atlantik istəklərinə doğru irəliləmək üçün addımlar atacaqlar. Lakin bunu etməsələr, Birləşmiş Ştatlar əlavə tədbirlər görməyə hazırdır”, – sözçü vurğulayıb.
Xatırladaq ki, iyunun 3-də Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “Xarici təsirin şəffaflığı haqqında” qanunu imzalayıb.
Mayın 23-də ABŞ-nin dövlət katibi Antoni Blinken yazılı bəyanatında “Gürcüstanda demokratiyanın pozulmasına görə məsuliyyət daşıyan və ya buna şərik olan şəxslərə, habelə onların ailə üzvlərinə”, o cümlədən hakim “Gürcü arzusu” partiyasının irəli sürdüyü “Xarici təsirin şəffaflığı haqqında” qanunla əlaqədar məhdudiyyət tətbiq ediləcəyini açıqlayıb.