Xankəndidən olan erməni: “Azərbaycan hakimiyyətinin hüquqlarımızı təmin etməyə hazır olduğunu bilmirdik”

Xankəndidən olan erməni: “Azərbaycan hakimiyyətinin hüquqlarımızı təmin etməyə hazır olduğunu bilmirdik” “Qarabağın erməni sakinləri bilmirdilər ki, Azərbaycan hakimiyyəti onların hüquqlarını təmin etməyə hazırdır və onlar burada qalıb yaşaya bilərlər”.
Qarabağ
27 Sentyabr , 2023 15:17
Xankəndidən olan erməni: “Azərbaycan hakimiyyətinin hüquqlarımızı təmin etməyə hazır olduğunu bilmirdik”

“Qarabağın erməni sakinləri bilmirdilər ki, Azərbaycan hakimiyyəti onların hüquqlarını təmin etməyə hazırdır və onlar burada qalıb yaşaya bilərlər”.

“Report” xəbər verir ki, bunu ailəsi ilə birlikdə Qarabağı tərk edən erməniəsilli qadın deyib.

O bildirib ki, Azərbaycandan heç bir təzyiq görməyiblər, əksinə, separatçı rejimin rəhbərlərinin əməlləri onları buna məcbur edib.

Qərarını və qayıdıb-qayıtmayacağını soruşduqda qadın cavab verib ki, Arayik Arutyunyan rejimi onları buna vadar edib. Onun sözlərinə görə, onlar Azərbaycan hökumətinin erməni əhalisinin bütün hüquqlarını təmin etməyə hazır olduğunu bilmirdilər: "Bizim bundan xəbərimiz yox idi. Bu barədə sizdən eşitmişik. Onda niyə geri qayıtmayaq? Təbii ki, bunu istərdik".

Xanımın həyat yoldaşı isə xunta rəhbərindən şikayətlənərək Arayik Arutyunyan kimilərin “vurulmalı” olduğunu deyib.

Qadın bildirib ki, ailəsi ilə Gorusda yaşayan anasının yanına gedir: “Üç gün yolda qaldıq. Nə yaxşı ki, azərbaycanlılar bizə kömək etdilər, su verdilər”.

Son xəbərlər

Orphus sistemi