Lavrov: "Minalanmış ərazilərin xəritələrinin verilməsi Yerevanda müzakirə edilib"
Qarabağ
- 11 may, 2021
- 09:51
“Biz bütün humanitar məsələlərin, xüsusən də minalarla bağlı məsələlərin mümkün qədər operativ şəkildə və ilkin şərtlər olmadan həll edilməsinin tərəfdarıyıq”.
“Report” xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra Bakıda keçirilən mətbuat konfransında Ermənistanın Azərbaycana minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi məsələsinə münasibət bildirərkən deyib.
“Bu məsələni Yerevanda müzakirə etmişik. Mənə elə gəldi ki, Ermənistan rəhbərliyi bu məsələni həll etmək lazım olduğunu anlayır. İlk addımlar atılıb və mən bu barədə Azərbaycan rəhbərliyinə məlumat vermişəm. Ümid edirik ki, bu məsələnin həlli sürətlənəcək və onun tam həlli tapılacaq”, – S. Lavrov deyib.
Son xəbərlər
17:29
"Sabah" yoxlama oyununda I Liqa klubunun qapısına 9 qol vurub
Futbol17:23
ABŞ senatoru: Hazırda Qrenlandiya üçün təhlükəsizlik sahəsində təhdid yoxdur
Digər ölkələr17:12
"Kəpəz"in baş məşqçisi: "Futbolçularımız təlim-məşq toplanışında yaxşı təsir bağışladılar"
Futbol17:07
Dünyanın aparıcı kriptovalyutası cüzi ucuzlaşıb
İKT17:01
FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Digər16:47
Zelenski: Ukrayna Rusiya zərbələri fonunda elektrik enerjisi idxalının artırılmasına ehtiyac duyur
Digər ölkələr16:35
Növbəti iki gün ərzində güclü külək əsəcək - XƏBƏRDARLIQ
Ekologiya16:22
Danimarka və Qrenlandiyada Trampın ada ilə bağlı iddialarına qarşı etirazlar keçiriləcək
Digər ölkələr16:13