Bakı. 14 noyabr. REPORT.AZ/ Bakıda “Təbiəti dəyişmə, özünü dəyiş!” devizi altında “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi davam edir.
"Report" sərgidən hazırladığı video və fotoreportajı təqdim edir.
Qeyd edək ki, sərgi üç gün davam edəcək.
Sərgi
Azərbaycan da daxil olmaqla sərgidə Almaniya, Böyük Britaniya, Finlandiya, İtaliya, Rusiya, Türkiyə, Ukrayna ölkələrinin 43 şirkəti iştirak edir. Sərgidə plastik və polietilen məhsulların utilizasiyası, ekoloji təmiz içməli su istehsalı, sudan təkrar istifadə, ekoloji təmiz qida məhsulları, alternativ enerji texnologiyaları, yaşıl landşaft dizaynı və ekoturizm ilə bağlı müxtəlif istiqamətlərdə ekoloji stendlər nümayiş olunur.