"JARA" festivalı çərçivəsində səhnədə 4 gün işıq saçacaq ulduzlar qırmızı xalıdan keçərək jurnalistlərlə həmsöhbət olublar.
"Report" xəbər verir ki, qırmızı xalıdan keçənlər arasında Filipp Kirkorov, Qriqori Leps, EMIN, Ani Lorak, Valeriya, Alessandro Safina, Zülfiyyə Xanbabayeva, Çingiz Mustafayev, MONATIK, Potap və digər ünlülər olub.
"JARA"nın ilk günündə Filipp Kirkorov, Svetlana Loboda, EMIN, Olqa Buzova, MONATIK, Nastya Kamenskix, Qriqori Leps, Zülfiyyə Xanbabayeva, Ani Lorak, Valeriya, Lolita, Sergey Lazarev, Vera Brejnyova, Olqa Buzova, "Vremya i Steeklo", "A'Studio", "Artik & Asti", Buruto, "Qlyuk'oZa", Rita Dakota, "Zivert", Maks Barskix, "Mozgi", Çingiz Mustafayev, "Bosson", Aleksandr Panayotov, Albina Canabayeva, Kristina Orbakayte, Nikolay Baskov, Alessandra, Yuliya Beretta, Dmitri Matatov çıxış ediblər.
İkinci gün isə 90-cı illərin hitlərinə həsr olunacaq. Həmçinin "Lyube" qrupunun, Stas Mixaylovun və Qriqori Lepsin yaradıcılıq gecəsi keçiriləcək.
Festivalın son günü “Z nəsli"nə həsr olunacaq - həmin gün strimin bütün hitləri və hit-paradların bütün top musiqiləri səslənəcək. Eləcə də Timati solo konsert proqramı ilə çıxış edəcək.